İordaniya qırıcıları Suriyanın cənubunda İŞİD hədəflərinə aviazərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə İordaniyanın PETRA agentliyi məlumat yayıb.
Hücum zamanı İŞİD-ə aid hərbi obyektlərin, silah-sursat anbarlarının hədəf alındığı bildirilib.
Əməliyyat nəticəsində xeyli terrorçunun öldürüldüyü bildirilsə də, dəqiq rəqəm göstərilməyib.
Gununsesi.info












