Suriyada terrorçular qaz kəmərini partladıb

  • Müəllif: admin
  • 05 Fevral 2017 13:29

81289d3a-1ff7-4a84-ae6c-5af7be51c07c_292

 

Suriyada terroçular qaz kəmərini partladıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “TASS” agentliyi bu ölkənin Elektroenergetika Nazirliyinə istinadən xəbər verib.

Məlumata görə, hadisə Rif-Dimaşk vilayətində, Cirud rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, “ən-Nasiriyyə” elektrostansiyasını təchiz edən qaz kəməri sıradan çıxarılıb.

Hadisə ilə əlaqədar həmçinin elektrostansiya da fəaliyyətini dayandırıb. Qaz kəmərinin hansı silahlı qruplaşma tərəfindən sıradan çıxarılması barədə məlumat verilmir.

 

Gununsesi.info