Pakistanın Hayber əyalətinin Çitral bölgəsinin Şerşal kəndi qar uçqunu altında qalıb.
Axar.az xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub.
Ölənlərdən 4-ü qadın, 3-ü isə uşaqdır.
Bölgədə qarın hündürlüyünün 4 metrə qədər çatdığı deyilir.
Qeyd edək ki, əlverişsiz hava şəraiti səbəbindən yolların bağlı olması xilasetmə işlərini xeyli ləngidir.
Gununsesi.info












