Azərbaycan və İran arasında ticarət dövriyyəsi 60 faiz artıb

  • Müəllif: admin
  • 10 Fevral 2017 10:12
iran-azerbaycan
Azərbaycanla İran arasında 2016-cı ildə ticarət dövriyyəsi 2015-ci illə müqayisədə 60 % artıb.
Bunu Gununsesi.info-ya açıqlamasında İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Onun sözlərinə görə, iki ölkə arasında  son üç ildə hərtərəfli əlaqələrin inkişaf etməsi iqtisadi-ticari əməkdaşlığın inkişaf etməsinə öz müsbət təsirini göstərib. “Bunun nəticəsidir ki, 2016-cı ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 2015-ci illə müqajyisədə 60% artıb. Ümid edirik ki, 2017-ci ildə iki ölkə rasındakı ticari əlaqələr bundan da artıq olacaq”- deyə. Səfir bildirib.
Mürtəza
Gununsesi.info