Avropa Məhkəməsi Azərbaycandan ermənilərə qarşı 700 iş icraata götürüb - ÇİNGİZ QURBANOV

  • Müəllif: admin
  • 10 Fevral 2017 12:55

cingiz

2016-cı ilin aprel döyüşləri vaxtı ermənilərin vurduğu ziyanla bağlı Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə 700 ərizə göndərilib.

Gununsesi.info-nun xəbərinə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov bildirib.

“Artıq həmin işlər icraata götürülüb”, – deyə, Ç.Əsgərov əlavə edib.

Sektor müdiri vurğulayıb ki, Milli Qəhrəman Çingiz Qurbanovun nəşinin ermənilərdən alınması üçün böyük addımlar atılıb: “Möhtərəm prezidentin göstərdiyi səylər danılmazdır. Həmin hadisə ilə bağlı azərbaycanlı hüquqşünaslar tərəfindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət verilib”.

Gununsesi.info