Sabirabadda mənşəyi bilinməyən 600 kq ət aşkarlanıb

  • Müəllif: admin
  • 10 Fevral 2017 12:50

ET

Ümumi çəkisi 600 kq olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, fevralın 9-da DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin Tədbirlərini Təmin edən Əlahiddə Polis Taboru, Sabirabad Rayon Polis Şöbəsi və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində rayonun Xəlfəli kənd sakini Əlifxan Şahverdiyevin həyətinə baxış zamanı ümumi çəkisi 600 kiloqram olan, mənşəyi bilinməyən ət aşkar edilərək götürülüb.

Qeyd edilən ətdən götürülən nümunə ekspertizadan keçirilməsi üçün Dövlət Baytarlıq Nəzarəti Xidmətinin laboratoriyasına təhvil verilib.

Anar

Gununsesi.info