Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Sloveniyanın paytaxtı Lyublyanada görüşməyə hazırdır.
GUnunsesi.info-nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, Putin Sloveniya hökumətinə bu görüşü təşkil etməyə hazır olduqlarına görə təşəkkür etdiyini bildirib.
“Biz bu görüşə hazırıq”, – deyə V. Putin Sloveniya prezidenti Borut Paxorla danışıqlardan sonra keçirdiyi mətbuat konfransı zamanı bildirib.
Gununsesi.info











