
Fevralın 16-da müdafiə sənayesi naziri Yavər Camalov Qətərin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yusif bin Həsən əl-Saini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, nazir Azərbaycan ilə Qətər arasındakı əlaqələri yüksək qiymətləndirdiyini vurğulayıb.
Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti barədə səfirə məlumat verib.
Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Anar
Gununsesi.info












