İƏT Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat yaydı

  • Müəllif: admin
  • 17 Fevral 2017 12:16

iet

İslam Əməkdaşlıq Təşkilatı Xocalıqətliamının 25-ci ildönümü ilə bağlı bəyanat yayıb.

Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın baş katibi Yusif Əl Osaymin faciə nəticəsində yaxınlarını itirən şəxslərə başsağlığı verib.

Bəyanatda deyilir ki, Xocalı qətliamı Ermənistan tərəfindən Azərbaycan ərazilərinin qanunsuz işğalı nəticəsində baş verib. İƏT xarici işlər nazirlərinin əvvəlki iclaslarında qəbul etdikləri qətnamələrdə azərbaycanlı mülki şəxslərə qarşı törədilən əməllərin insanlığa qarşı cinayət kimi öz əksini tapdığı bildirilir.

Bəyanatda ərazi bütövlüyün bərpası və işğala son qoyulması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər və səylərinə tam dəstək ifadə olunub.

Gununsesi.info