Beyləqanda ərzaq mağazası yanıb

  • By admin
  • 27 Fevral 2017 12:15

yanan-ev-yangin-yanqin-yangin

Beyləqanda yanğın hadisəsi qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, rayonun Orta Əlinəzərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 130 m2 olan birmərtəbəli ərzaq mağazasında 12 m2 sahədə taxta rəflər və ərzaq malları yanmış, yüksək temperaturdan mağazanın lambirdən ibarət tavanı 130 m2 sahədə əriyib. Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Anar
Gununsesi.info