Türkiyə ABŞ-ın dəstəklədiyi DSQ-nı bombalayır

  • Müəllif: admin
  • 01 Mart 2017 19:09

azadsuriya

 

Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu ilə (ASO) ABŞ-ın dəstək verdiyi Demokratik Suriya Qüvvələri (DSQ) arasında şiddətli qarşıdurma yaşanır.

Gununsesi.info xəbər verir ki, Suriyanın Menbic bölgəsinin qərbi və cənub-qərbində tərəflər arasında savaş başladığı bildirilib.

Türkiyə top atışları ilə ASO-ya dəstək verərək DSQ-nın mövqelərini bombardmana məruz qoyur. İŞİD isə Menbicin cənubundan DSQ qüvvələrinə hücum edir.

“Fərat qalxanı” əməliyyatı çərçivəsində ASO YPG-nin rəhbərlik etdiyi DSQ-nın nəzarətində olan Qorxiko, Xolaş və Xalidə kəndlərini ələ keçirməyə çalışır.

Şiddətli qarşıdurmalar zamanı da 5 İŞİD üzvünün öldürüldüyü bildirilib.

 

Gununsesi.info