Suriya Palmiraya girir –  Təcili

  • By admin
  • 01 Mart 2017 19:15

palmira

 

Suriya ordusu və müttəfiq milis qüvvələri antik şəhər olan Palmiranın məşhur “Palmira” qalasını ələ keçirib.

Axar.az xəbər verir ki, Suriya hərbçilərindən birinin verdiyi məlumatda qalaya nəzarətin ələ keçirildiyi bəyan edilib:

“Ordu “Palmira” qalasında və şəhərin cənub-şərqindəki bir sıra dağlarda nəzarəti ələ alıb. Artıq şəhərə hücum etmək üçün hazırlıq görülür”.

İŞİD-in Palmiranın bəzi təpələrindən geri çəkildiyi də qeyd edilib.

Suriyalı komandirlərdən biri isə açıqlamasında, “Suriya ordusunu hazırda Palmiradan yalnız iki addım ayırır. Ordu şəhərə doğru sürətlə irəliləyir”, – söyləyib.

 

Gununsesi.info