Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu ilə (ASO) ABŞ-ın dəstək verdiyi Demokratik Suriya Qüvvələri (DSQ) arasında şiddətli qarşıdurma yaşanır.
Gununsesi.info xəbər verir ki, Suriyanın Menbic bölgəsinin qərbi və cənub-qərbində tərəflər arasında savaş başladığı bildirilib.
Türkiyə top atışları ilə ASO-ya dəstək verərək DSQ-nın mövqelərini bombardmana məruz qoyur. İŞİD isə Menbicin cənubundan DSQ qüvvələrinə hücum edir.
“Fərat qalxanı” əməliyyatı çərçivəsində ASO YPG-nin rəhbərlik etdiyi DSQ-nın nəzarətində olan Qorxiko, Xolaş və Xalidə kəndlərini ələ keçirməyə çalışır.
Şiddətli qarşıdurmalar zamanı da 5 İŞİD üzvünün öldürüldüyü bildirilib.
Gununsesi.info











