Avropa çempionatı: Azərbaycanın airbadminton üzrə millisi finala yüksəlib

  • Müəllif: Admin08
  • 06 Sentyabr 2025 20:49

Avropa Oyunları Parkında Airbadminton üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, yarımfinalda Bolqarıstan seçmə kollektivinə 60:43 hesabı ilə qalib gələn Azərbaycan millisi finala yüksəlib.

Komanda həlledici qarşılaşmada Almaniya yığması ilə qarşılaşacaq. Final qarşılaşması bu gün saat 20:30-da başlayacaq.