“AAAF Park” sakinlərdən yığdığı işıq pulunu niyə ödəmir? - KOMPLEKSDƏ ELEKTRİK ENERJİSİ KƏSİLİB

  • Müəllif: admin
  • 21 Fevral 2019 18:02

Hər zaman vətəndaş narazılığı ilə qarşılaşan AAAF Yaşayış komleksində dünən gün ərzində elektirik enerjisinin verilməsi dayandırılıb.

Bu barədə Gununsesi.org-a adıçəkilən kompleksdə yaşayan sakinlər məlumat verib. Məlumata görə, elektirik enerjisinin kəsilməsinə səbəb şirkətin sakinlərdən topladığı pulu “Azərişıq”a ödəməməsidir.

Belə ki, yeni tikililərdə olduğu kimi bu kompleksdə də kommunal xidmətlərin pulu şirkət tərəfindən yığılır.

AAAF Park isə  pulları yığmasına baxmayaraq, ödənişləri vaxtında etmir. Bu səbəbdən də sonda sakinlər problemlə üz-üzə qalır.

Qeyd edək ki, bu günlərdə mediadakı məqaləsində də Prezident Administrasiyasının Sənədlər və Vətəndaşların Müraciətləri Şöbəsinin müdiri Süleyman İsmayılov da “AAAF Park”dan şikayətlərin çoxluğunu qeyd edib.

Gununsesi.org