Abdullah Gül:”İmamoğluna edilənlər doğru deyil”

  • By admin
  • 22 Mart 2025 09:21

Rəcəb Tayyib Ərdoğanın keçmiş silahdaşı, AKP qurucularında sayılan və keçmiş prezident Abdulla Gül Əkrəm İmamoğlunun həbsinə dair açıqlama verib.

Gununsesi.info-nun xəbərinə görə, Gül, zamanında prezident Ərdoğana və özünə edilən haqsızlıqları xatırladıb.

“O zaman  cəmiyyət vicdani olaraq qəbul etməmişdi.

İndi isə seçilmiş Bələdiyyə Başqanı Əkrəm İmamoğluna  edilənlər doğru deyildir və edilməməlidir.

Bu cür çalxantılar Türkiyədə heç bir tərəfə nə iqtidara nə də müxalifətə xeyir gətirmədi, gətirməz də.

Hüquq və ədaləti itirməməliyik.Yoxsa, Türkiyə uduzar və məğlub olar”.

 

Afət Abbasova

Gununsesi.info