Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılışı oldu

  • Müəllif: admin
  • 04 Dekabr 2016 19:19

abdullah

Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak edib

Dekabrın 4-də Kayseri şəhərində Türkiyənin 11-ci Prezidenti Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılış mərasimi olub.

Gununsesi.info-nun məlumatına görə, açılış mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovdan, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan, Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovdan və parlamentin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdən ibarət nümayəndə heyəti təmsil edib.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, 11-ci Prezident Abdullah Gül, digər ölkələrin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər iştirak ediblər.

Gununsesi.info