Avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak oldu

  • Müəllif: admin
  • 04 Dekabr 2016 19:12

ambul-xanti

Rusiyanın Xantı-Mansiysk Muxtar dairəsində avtobusun qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Gununsesi.info bildirir ki, regionun hüquq mühafizə orqanlarının məlumatına görə, həlak olanların doqquzu uşaqdır.

Qəza Tümen-Xantı-Mansiysk federal avtomobil yolunda baş verib. İçində 32 sərnişin, o cümlədən 29 uşaq olan avtobus yük avtomobili və iki minik maşını ilə toqquşub.

Gununsesi.info