Abid Şərifov Bakıya qayıdıb - BAŞ NAZİRİN MÜAVİNİ BAZAR ERTƏSİ İŞ BAŞINDA OLACAQ

  • By admin
  • 08 Aprel 2017 23:02

abid serifov

Səhhətində yaranmış problemlə əlaqədar olaraq bir müddət əvvəl İsrailə aparılan və orada cərrahiyyə əməliyyatı keçirən baş nazirin müavini Abid Şərifovun durumu ilə bağlı redaksiyamıza yeni informasiya daxil olub.

Belə ki, Gununsesi.info-ya eksklüziv açıqlamasında Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova qeyd edib ki, baş nazirin müavini artıq Bakıya qayıdıb.

Onun sözlərinə görə, baş nazirin müavininin əməliyyatı uğurla keçib. Həmçinin o da bildirilir ki, Abid Şərifov həftənin bazar ertəsindən etibarən iş başında olacaq.

Xatırladaq ki, Abid Şərifov bu yaxınlarda ürəyində yaranmış problemlə əlaqədar İsrailin Hayfa şəhərinin Rambam xəstəxanasının kardiologiya şöbəsinə yerləşdirilmişdi. Baş nazirin müavininin səhhətində problemin yaranması səbəbindən İsrailə aparılması ilə bağlı informasiyanı isə ilk olaraq Gununsesi.info yazmışdı.

Gununsesi.info