ABŞ-da 70500 nəfər ölkəni tərk etmək istədi

  • By admin
  • 10 Noyabr 2016 20:26

img2242756

 

Trampın prezident seçilməsindən sonra ABŞ-dan 70500 nəfər Yeni Zelandiyanın immiqrasiya saytını ziyarət edib.

Gununsesi.info xəbər verir ki, gündəlik ziyarətçi sayının ortalama 2300 adam olduğunu qeyd edən saytın marketinq direktoru Qreq Forsizi səhər saat 09:00-a kimi ABŞ-dan 7287 nəfərin qeydiyyatdan keçdiyini deyib:

“Ziyarətçi sayının limiti keçməsi saytın çökməsinə səbəb olmuşdu. Səhər saatlarında bərpa olunan saytı 70500 nəfərin ziyarət etdiyi məlum olub. Bunu immiqrasiya müraciəti kimi göstərmək doğruğru olmaz, amma əksəriyyət müraciətlərində Trampın qələbəsindən sonra Yeni Zelandiyada yaşamaq istədiklərini bildiriblər”.

Qeyd edək ki, seçkilər ərəfəsində Kanadanın da immiqrasiya saytı ziyarətçi çoxluğu səbəbindən çokmüşdü.

 

Gununsesi.info