Rusiyada xarici agent elan edilmiş müğənni Alla Puqaçova və komediyaçı həyat yoldaşı Maksim Qalkin Yurmalada latviyalı müğənni Layma Vaykule tərəfindən təşkil edilən musiqi tədbirində iştirak ediblər.
Gununsesi.info xəbər verir ki, 50 yaşlı sənətçi tədbir üçün bej kostyum, 77 yaşlı müğənni isə dəri gödəkçə və ətək seçimi edib.
Puqaçovanın xeyli çəki itirməsi diqqətdən yayınmayıb. Sosial şəbəkə izləyiciləri müğənninin səhhətində ciddi problem olduğunu, bəziləri isə sadəcə yaşı ilə əlaqədar arıqladığını bildirib.










