İranın xarici işlər naziri Abbas Əraqçi İranın kommersiya gəmisinə edilən hücumun cavabsız qalmayacağını bildirib.
Gununsesi.info xəbər verir ki, nazir bu barədə açıqlamasında danışıb.
Əraqçinin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə İranın kommersiya gəmisinə hücum edilib və nəticədə bir dənizçi həlak olub.
İranlı nazir iddia edib ki, bu, BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır və İsrailin göstərişi ilə Avropanı müharibəyə cəlb etmək məqsədi daşıyır.
Əraqçi əlavə edib ki, məsələ ilə bağlı Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla telefon danışığında Kiyevin hərəkətlərinin cavabsız qalmayacağını onların diqqətinə çatdırıb.










