ABŞ-da beş azərbaycanlı koronavirusa yoluxub

  • Müəllif: admin
  • 07 Aprel 2020 10:58

Amerika Birləşmiş Ştatlarında (ABŞ) beş azərbaycanlı koronavirusa yoluxub.

Gununsesi.org bildirir ki, İctimai Televiziyanın efirinə qoşulan İHA-nın müxbiri bildirib ki, faktı Azərbaycanın ABŞ-dakı səfirliyindən bildiriblər.

Həmçinin koronavirusa yoluxan azərbaycanlılardan ikisinin müalicə olunaraq evə buraxıldığı, üçünün isə hələ də xəstəxanada olduğu deyilir. 

Qeyd edək ki, ABŞ koronavirusa yoluxanların sayına görə hazırda liderdir.

Gununsesi.org