ABŞ-da silahlı hücum: çox sayda yaralı var

  • By admin
  • 21 Oktyabr 2022 20:56

Naməlum şəxslər cümə günü gecə Baton Rouge (Luiziana) şəhərindəki universitet şəhərciyinin yaxınlığında atəş açıblar.

Gununsesi.info xəbər verir ki, bu barədə NBC telekanalı yerli polisə istinala məlumat yayıb.

Bildirilib ki, atışma nəticəsində 9 nəfər yaralanıb.

“Universitet hər hansı zorakılıq aktını qətiyyətlə pisləyir”, – universitetin sözçüsü deyib.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Gununsesi.info