DİN-dən minaya düşənlərlə bağlı AÇIQLAMA

  • By admin
  • 21 Oktyabr 2022 20:44

Xəbər verdiyimiz kimi, Laçında iki nəfər minaya düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru Aslan Qiyaslı Modern.az-a bildirib ki, hadisə bu gün axşam saat 19:00 radələrində rayonun Suarası kəndində baş verib.

Belə ki, kənd ərazisində təmir-tikinti işləri ilə məşğul olan 2 nəfər mina partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal polis əməkdaşkarının və Daxili qoşunların hərbi qulluqçularının müdaxiləsi nəticəsində xəstəxanaya çatdırılıb.

Hazırda onların müalicəsi davam etdirilir.

Gununsesi.info