ABŞ-da xəstəxana yaxınlığında partlayış: 1 ölü, 12 yaralı

  • Müəllif: admin
  • 27 İyun 2018 09:18

ABŞ-ın Texas ştatında xəstəxana yaxınlığında partlayış baş verib.

Gununsesi.info-nun ABC telekanalına istinadən verdiyi məlumata əsasən, hadisə Geytsvill şəhərində, tikinti meydançasında baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 12 nəfər isə yaralanıb.

Qeyd olunur ki, xəsarət alanların hamısı inşaat işçiləridir. İlkin məlumatlara əsasən, elektrik generatoru partlayıb.