ABŞ-dan Rusiyaya yeni SANKSİYALAR

  • By admin
  • 13 Avqust 2022 09:12

ABŞ hakimiyyəti Ukraynanın bir sıra regionlarının Rusiyaya daxil olmasını tanımayacaq və hadisələrin bu cür inkişafı halında rəsmi Moskvaya qarşı əlavə sanksiyalar tətbiq etməklə operativ cavab verəcək.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bunu xarici jurnalistlər üçün keçirdiyi brifinqdə Vaşinqton administrasiyasının yüksək rütbəli nümayəndəsi bildirib.

Onun sözlərinə görə, ABŞ işğal olunan ərazilərini qaytarmaq və əlində saxlamaq üçün Ukraynaya hərbi yardımı davam etdirəcək.

“Rusiya birtərəfli qaydada Ukrayna ərazilərini ilhaq etməyə cəhd etsə, diplomatik danışıqların perspektivlərini təmin etmək xeyli çətinləşəcək”.

Gununsesi.info