Gununsesi.info Reuters agentliyinə istinadən xəbər verir ki, bu barədə Pentaqon nümayəndəliyindəki mənbə məlumat verib.

Ötən gün İslam inqilabının dörd kateri yüksək sürətlə başqa amerika gəmilərini müşayiət edən Mahan esminesinə yaxınlaşmağa başlayıb.

Mənbənin məlumatına görə, katerlər esminesə 800 metr məsafəyə qədər yaxınlaşıblar.

Qeyd edilir ki, İran gəmiləri radiosiqnallara və ABŞ Hərbi Dəniz Qüvvələrlərinin vertolyotları ilə buraxılan tüstüyə məhəl qoymadıqdan sonra xəbərdaredici atəş açılıb. Ümumilikdə 3 dəfə atəş edilib.

Bundan əvvəl də, ABŞ dəfələrlə İran katerlərinin ABŞ gəmilərinə çox yaxın məsafəyədək yaxınlaşması barədə xəbərdarlıq edib. Hətta ötən ilin avqustunda katerlər Nitze esminesinə 275 metr məsafədə yaxınlaşıb. Esmines kursunu dəyişməli olub.

Gununsesi.info