ABŞ Gürcüstanla hərbi sənəd imzaladı

  • By admin
  • 06 İyul 2016 23:23

ABS-gurcustan-300x169

ABŞ-la Gürcüstan müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi barədə memorandum imzalayıblar. Sənədi iyulun 6-da Tbilisidə ABŞ Dövlət katibi John Kerry və Gürcüstanın baş naziri Georgi Margvelashvili imzalayıblar. Sənəddə Gürcüstanın ABŞ-dan müdafiə silahları alması nəzərdə tutulur.  Kerrynin səfəri çərçivəsində həmçinin təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşma imzalanıb. Kerry Margvelashvili ilə keçirdiyi birgə mətbuat konfransında bildirib ki, ABŞ Gürcüstanın Əfqanıstanda tövhəsini müsbət qiymətləndirir və onun “Avroatlantik səylərini” təstəkləyir. Kerry həmçinin Gürcüstan hakimiyyətini oktyabrın 8-də azad və ədalətli parlament seçkisi keçirməyə çağırıb.

(azadliq.org)