Putinlə Obama Qarabağı müzakirə edib

  • By admin
  • 06 İyul 2016 23:33

obama

ABŞ prezidenti Barak Obama və Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Gununsesi.info-nun xəbərinə görə,  bu barədə Kremlin mətbuat xidməti xəbər yayıb. Rusiya lideri ABŞ prezidentini  iyunun 20-də  Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda baş tutan görüşü barədə məlumatlandırıb. Putin qeyd edib ki, Rusiya danışıqların təşkili zamanı münaqişə zonasında vəziyyətin tezliklə sabitləşməsi yardımın zəruriliyini və sülh prosesinin irəliləməsi üçün şəraitin yaradılmasının vacibliyi əsas götürülüb.

Barak Obama isə Rusiyanın bu təşəbbüsünü yüksək qiymətləndirib.  Prezidentlər ATƏT-in Minsk qrupunun formatı çərçivəsində aktiv birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.

Obama və Putin Suriya və Ukrayna münaqişələrini də müzakirə ediblər.

Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə Rusiyanın Sankt-Peterburq şəhərində görüşüblər. Həmin görüşdən hər iki tərəf məmnunluq ifadə edib. Görüş iyun ayının 20-də Rusiyanın təşəbbüsü ilə baş tutub.  Görüşdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

Üçtərəfli görüşdə atəşkəsin möhkəmləndirilməsi və ATƏT—in müşahidəçilərinin artırılması ilə bağlı qərar qəbul edilib.

Bundan öncə isə dövlət başçıları may ayının 16-da Vyanada bir araya gəlmişdilər. Bu, aprel döyüşlərindən sonra ilk təmas olub.