ABŞ İraqdakı terrorçuları necə aşkar edib?

  • By admin
  • 03 Oktyabr 2016 20:40

ter

 

ABŞ 2007-2011-ci illərdə İraqdakı terrorçuları təsbit etmək üçün təbliğat videolarından istifadə edirmiş.

Gununsesi.info axar.az-a istinadən xəbər verir ki, bu məqsədlə İngiltərənin “Bell Pottinqer” şirkəti ilə müqavilə bağlanıb. Şirkətin hazırladığı yüksək keyfiyyətli təbliğat videoları CD formatında bütün İraq üzrə paylanıb.

Bunları izləyən terrorçuların komputerləri isə CD-də yerləşdirilən xüsusi çip vasitəsi ilə aşkar edilib.

Pentaqon Əl Qaidə tərzində videoların hazırlanması üçün ingilis şirkətinə 540 milyon dollar pul ödəyib.

 

Gununsesi.info