Yetkin insanı ilk dəfə HİV virusundan müalicə etdilər

  • By admin
  • 03 Oktyabr 2016 20:50

qan

 

HİV-ə yoluxmuş adamı müəlicə etmək mümkün olub.

Musavat.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, Britaniyanın Oksford və Kembric universitetlərinin həkimləri, habelə London krallıq kollecinin ekspertləri yetkin bir insanı HİV virusundan qurtardıqlarını bəyan ediblər.

Bu 44 yaşlı bir britaniyalıdır. Həmin şəxs 50 insanın içərisində müalicə kursunu uğurla başa vuran yeganə adam olub.

Britaniyalı ekspertlərin bildiridiyinə görə, yeni metdod HİV-i yayıldığı yerdə məhv etməyə imkan verir.

Qeyd olunur ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata əsasən 2014-cü ilə qədər dünyada təxminən 37 milyon insan bu virusa yoluxub. 34 milyon insan bu virusun səbəb olduğu xəstəliklərdən vəfat edib.

 

Gununsesi.info