
ABŞ hərbçiləri Suriyada İŞİD terror qruplaşmasına qarşı ilk dəfə olaraq HİMARS reaktiv yaylım atəş sistemini tətbiq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə İŞİD-ə qarşı koalisiyanın amerikalı həmsədri Brett Makqurk özünün Tvitter hesabında yazıb.
Amerikalı hərbçi bildirib ki, sözügedən silah bir neçə ay əvvəl Türkiyə ilə Suriya sərhədinə yerləşdirilib:
“ABŞ bir neçə ay əvvəl Türkiyə-Suriya sərhədinə yerləşdirilən HİMARS sistemləri ilə İŞİD mövqelərinə zərbələr endirib”.
Gununsesi.info