ABŞ Konqresi Baydenin qələbəsini təsdiq etdi

  • By admin
  • 07 Yanvar 2021 13:13

 

ABŞ Konqresi hər iki palatanın birgə iclasında Co Baydenin prezident seçkilərində qələbəsini təsdiq edib.

Yeni seçilmiş prezident Co Bayden noyabrın 3-də keçirilmiş seçkilərdə 270-dən çox seçki kollegiyasının səsini qazanıb.

Konqresin palatalarının birgə iclası ötən gecə baş vermiş iğtişaşlardan sonra bərpa olunub.

Qeyd edək ki, ABŞ-ın 46-cı prezidenti seçilmiş Co Baydenin andiçmə mərasimi yanvarın 20-ə planlaşdırılıb.

Gununsesi.info