ABŞ Konqresində səsvermə: Yeni ştat yaradılır

  • By admin
  • 26 İyun 2020 12:17

ABŞ Konqresinin Nümayəndələr Palatası bu gün paytaxtın statusu ilə bağlı səsvermə keçirəcək.

Gununsesi.org bildirir ki, bu barədə “Fox News” məlumat yayıb.

Vaşinqtonun 51-ci ştata çevrilməsi nəzərdə tutulur. Hazırda şəhər inzibati nöqteyi-nəzərdən Kolumbiya federal dairəsi hesab olunur və heç bir ştata daxil deyil.

Təşəbbüsün müəllifləri demokratlar, o cümlədən, Nümayəndələr Palatasının spikeri Nensi Pelosidir.

Gununsesi.org