ABŞ konqresmeninin oğlu su təpəciyindən enərkən ölüb

  • By admin
  • 08 Avqust 2016 11:45

 kevin

 

ABŞ-ın Kanzas ştatında akvarparkdakı su təpəciyindən eniş zamanı konqresmenin 10 yaşlı oğlu ölüb.

Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Kanzas-siti şəhərində baş verib. Belə ki,  ABŞ Konqresinin üzvünün 10 yaşlı oğlu 51 metrlik hündürlükdəki su təpəciyindən enərkən ölüb.

Bu təpəciyin adı almancadan tərcümədə “dəlisov” mənasını verir. Akvaparkdakı əyləncəyə başlamaq üçün 264 pilləkən qalxmaq lazımdır. Təpəciyin hündürlüyü 51 metrdir. Bu, dünyada ən hündür təpəcik sayılır. “Dəlosov”da  əylənmək istəyənlər oradan saatda 110 km sürətlə enməlidirlər.  Qəza ilə bağlı akvapark iki günlüyə bağlanıb. Polis hadisənin başvermə səbəbini araşdırır.

Xəyalə Xanəziz

Gununsesi.info