Corablarından 87,39 qram qızıl çıxdı

  • By admin
  • 08 Avqust 2016 11:39

xac

 

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan – 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info