ABŞ Krımın Ukraynaya qaytarılmasına kömək edəcək

  • By admin
  • 26 Sentyabr 2019 20:09

ABŞ Prezidenti Donald Tramp Krımın Ukraynaya geri qaytarılmasına kömək edəcəyinə söz verib.

Gununsesi.org  xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski məlumat verib. O bildirib ki, Tramp bununla bağlı vəd verib.

“Mənə elə gəlir və bunu eşitdim ki, o, Krımın doğma diyarımız olması ilə razıdır və biz onu geri qaytaracağıq. O dedi ki, siz bununla bağlı çalışmalısınız və biz sizə kömək edəcəyik”.

Ukrayna Prezidenti görüşdə Trampa Krımın gözəlliyindən danışdığını bildirib və onu Kiyevə dəvət edib.

Qeyd edək ki, dövlət başçıları BMT Baş Assambleyasının iclası çərçivəsində görüşüblər. Tramp Zelenski ilə görüşü “fantastik” adlandırsa da, detalları açıqlamayıb.

 

 

Gununsesi.org