“Mənə prezidentlərin səsini yazmağı təklif etdilər”

  • By admin
  • 26 Sentyabr 2019 20:14

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, xarici ölkələrin liderləri ilə telefon danışığının qeydə alınmasına ehtiyac görmür.

Gununsesi.org xəbər verir ki, Lukaşenko bu barədə ABŞ və Ukrayna prezidentlərinin telefon danışığının mətninin yayımlasına münasibət bildirərkən deyib.

“Sizi təəccübləndirə bilərəm. Mən Putin və ya Zelenski ilə telefon danışıqlarımı qeyd etdirmirəm. Bizdə belə bir təcrübə yoxdur. Mənə iki dəfə səs yazılmasını təklif ediblər. Mən isə demişəm, yox, bu bizim danışığımızdır, onun haradasa qeyd olunmasına ehtiyac yoxdur”,-deyə Belarus Prezidenti vurğulayıb.

 

Gununsesi.org