
ABŞ ordusu Liviyadakı İŞİD düşərgələrini bombardman edib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ ordusunun Afrikadakı komandanlığından bəyanat yayılıb.
“ABŞ ordusu Liviyada səhralıq ərazidə məskunlaşmış İŞİD qüvvələrinə qarşı 6 aviazərbə endirib. Zərbələr nəticəsində 17 terrorçu öldürülüb, 3 zirehli maşın məhv edilib”, – bəyanatda bildirilib.
Qeyd edək ki, məhv edilən düşərgənin əməliyyatların planlaşdırılması, terrorçuların köçürülməsi və silah saxlanılması üçün istifadə edildiyi məlum olub.
Gununsesi.info