ABŞ prezidenti Yunkerlə Tusku səhv saldı

  • By admin
  • 25 Mart 2017 11:58

trampp

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb.

Gununsesi.info-nun məlumatına görə, bu barədə Jan-Klod Yunker “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“O (Tramp – red.) Tuskla telefonda danışırdı, lakin mənimlə danışdığını düşünürdü. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yanaır ki, sanki ABŞ prezidentini Avropa maraqlandırmır”, – deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

“Financial Times” isə qeyd edir ki, gələn ay Yunker ABŞ-a səfər etməyi planlaşdırır.

Gununsesi.info