ABŞ qitələrarası ballistik raketi sınaqdan keçirib - O 6759 KM MƏSAFƏNİ QƏT EDİB

  • Müəllif: admin
  • 03 May 2017 14:16

09

Amerika Birləşmiş Ştatları (ABŞ) növbəti dəfə “Minuteman 3” qitələrarası ballistik raketi sınaqdan keçirib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda ABŞ Hərbi Hava Qüvvələri Komandanlığı məlumat yayıb.

Belə ki, raket Kaliforniya Ştatında yerləşən “Vandenberq” bazasından buraxılıb. “Minuteman 3” qitələrarası ballistik raketi 6 min 759 kilometr məsafəni qət edib.

Xəbərdə nüvə başlığı daşımağa malik raketin sınağının uğurla keçirildiyi bildirilib.

Hazırda ABŞ-ın silah arsenalında hədəfləri 12 min 874 min kilometrdən məhv edə biləcək 450-yə yaxın bu cür ballistik raket mövcuddur.

Qeyd edək ki, ABŞ 10 aydır ki,“Minuteman 3” qitələrarası ballistik raketi sınaqdan keçirməyi planlaşdırıb.

Anar

Gununsesi.info