ABŞ qoşunlarını Cənubi Koreyadan və Yaponiyadan çıxara bilər

  • By admin
  • 09 İyul 2020 12:41

ABŞ Prezidenti Donald Tramp ölkə rəhbərliklərinin ordunun saxlanılması üçün ödənişləri artırmaq istəməyəcəyi təqdirdə öz qoşunlarını Cənubi Koreyadan və Yaponiyadan çıxarmağa hazırdır.

Gununsesi.org bildirir ki, bunu Yaponiyanın “Sankey” nəşrinə müsahibəsində D.Trampın keçmiş müşaviri Con Bolton deyib.

“Əvvəlki bütün prezidentlərdən fərqli olaraq, Tramp, həqiqətən də, qoşunların çıxarılması qərarını qəbul edə bilər”, – deyə C.Bolton qeyd edib.

Gununsesi.org