ABŞ Rusiya kəşfiyyatına qarşı xüsusi qrup yaradır

  • By admin
  • 22 İyun 2016 13:52

abs

 

ABŞ Senatının Kəşfiyyat Komitəsi Rusiya kəşfiyyatına qarşı mübarizə aparacaq yeni xüsusi qrup yaratmaq qərarına gəlib.

Gununsesi.info xarici mətbuatınaistinadən bildirir ki, “soyuq müharibə” dövründə fəaliyyət göstərmiş əks-kəşfiyyat institutunun fəaliyyəti təcrübə olaraq istifadə olunacaq. Xüsusi qrupun tərkibinə Dövlət Departamentinin, kəşfiyyat idarələrinin nümayəndələri və müxtəlif məmurlar daxil olacaqlar. Onlar ayda bir dəfə toplanacaqlar. Qrupun əsas vəzifəsi rusiyalı casusların aşkarlanması, Moskvanın tapşırığı ilə baş verən qətl hadisələrinin üstünün açılması, Rusiyanın maraqlarına xidmət edən təşkilatların maliyyələşdirilməsinin araşdırılması və Rusiya təbliğatına qarşı əks-təbliğat aparmaqdan ibarət olacaq.

Həmçinin FTB rusiyalı diplomatlar öz iş yerlərindən 50 mil uzağa səyahət edərkən səfirlik nümayəndələrindən bu səfərlər barədə rəsmi məlumat alacaq və diplomatların marşrutuna nəzarət edəcək.

Qeyd edək ki, hazırda ABŞ-da işləyən diplomatlar ölkə ərazisində azad gəzmək hüququna malikdirlər.

Gununsesi.info