Rusiyanın 7 nümayəndəsi BMT-nin sessiyasında çıxış etmək üçün ABŞ-dan viza ala bilməyib.
Gununsesi.org xəbər verir ki, bu barədə nümayəndə heyətinin rəhbəri səlahiyyətini müvəqqəti icra edən Andrey Belousov məlumat yayıb. Onun sözlərinə görə, bu səbəbdən Rusiya BMT-nin birinci komitəsinin öz işinə başlamaması üçün təşkilata təkid edəcək. Yalnız rusiyalı nümayəndələrə viza verildikdən sonra BMT-nin rəsmi işinə başlanılması istənilənəcək.
Xatırladaq ki, bundan əvvəl də ABŞ “For-Ross dialoqu”nda iştirak etmək üçün rusiyalı diplomatlara viza verməmişdi.
Gununsesi.org










