ABŞ Rusiyanı əməliyatlara cəlb etməkdən ÇƏKİNİR, VİDEO

  • By admin
  • 14 Aprel 2018 09:44

“Əməliyyat barədə Rusiyaya əvvəlcədən xəbərdarlıq edilməyib, lakin münaqişənin qarşısını almaq üçün adi kanallardan istifadə olunub”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ ordusunun Birləşmiş Qərargahlar Komitəsinin rəisi, general Cozef Danford bildirib: “Biz bu hədəfləri xüsusi olaraq seçdik ki, Rusiya qüvvələrinin münaqişəyə cəlb olunması riski azalsın. Hava məkanında münaqişəyə yol verməmək üçün mövcud olan adi kanallardan fəal istifadə etdik. Lakin biz hücumlar barədə rusiyalılarla hər hansı koordinasiya aparmadıq və onları qabaqcadan xəbərdar etmədik”.

C.Danford fikrini konkretləşdirərək qeyd edib ki, Rusiya tərəfi ABŞ və müttəfiqləri tərəfindən Suriya hava məkanından istifadə barədə məlumatlandırılıb, lakin bu, hərbi planlaşdırma və koordinasiya məsələlərini əhatə etməyib. O, eyni prosedurların ABŞ-ın Suriyadakı bütün əməliyyatları zamanı tətbiq olunduğunu söyləyib.

ABŞ müdafiə naziri Ceyms Mattis isə əməliyyatda Suriyada kimyəvi silah istehsalı ilə əlaqəli olan infrastrukturun hədəf alındığını vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi isə yaydığı açıqlamada bildirib ki, ABŞ, Britaniya və Fransa Suriyanın hərbi və mülki obyektlərinə 100-dən çox qanadlı raket və “hava-yer” raketi buraxıb: “Suriya Hava Hücumundan Müdafiə sistemləri raketlərin önəmli qismini hədəfə çatmadan məhv edib.

Zərbələr ABŞ hərbi donanmasının Qırmızı dənizdəki iki gəmisindən, Aralıq dənizi akvatoriyasında taktiki aviasiya tərəfindən, eləcə Suriya ərazisindəki Ət Tanf rayonundan qalxan ABŞ-ın “B-1B” strateji bombardmançıları vasitəsilə endirilib”.

Gununsesi.info