ABŞ səfirliyi: Siyasi partiyalar haqqında yeni qanun toplaşmaq azadlığını məhdudlaşdıra bilər

  • By admin
  • 04 Noyabr 2022 15:27

Yaxın vaxtlarda Milli Məclisin müzakirəsinə çıxarılacaq “Siyasi partiyalar haqqında” qanun layihəsi hüquqşünasların, ekspertlərin və siyasi partiyaların kəskin tənqidinə səbəb olub.

Bu sənədə beynəlxalq reaksiya da eynidir.

Gununsesi.info-nun xəbərinə görə, Turan agentliyi bu qanun layihəsilə bağlı ABŞ səfirliyinin rəyilə maraqlanıb.

Mətbuat katibindən alınan cavabda deyilir:

“Biz  “Siyasi partiyalar haqqında” qanun layihəsinin siyasi partiyaların qeydiyyatını çətinləşdirərək azərbaycanlıların birləşmək azadlığını daha da məhdudlaşdıra biləcəyindən narahatıq.

Biz Azərbaycan hakimiyyətini beynəlxalq ekspertlərlə, o cümlədən ATƏT/DTİHB, Avropa Şurası Venesiya Komissiyası ilə məsləhətləşmələrə və qanun layihəsilə bağlı onların rəylərini nəzərə almağa çağırırıq. Birləşmək azadlığına hörmət Azərbaycan Konstitusiyasında və beynəlxalq öhdəliklərdə təsbit olunmuş fundamental azadlıqdır. Biz bu məsələni diqqətlə izləməyə davam edəcəyik”.

 

Gununsesi.info