ABŞ Senatı Ərdoğana qarşı sanksiya tətbiq etmək niyyətindədir

  • By admin
  • 10 Oktyabr 2019 09:46

ABŞ senatorları Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana və ali Türkiyə rəhbərliyinə qarşı sanksiya tətbiq etmək təklifi ilə çıxış edib.

Gununsesi.org bildirir ki, bu barədə “RİA Novosti” senator Lindsi Qrem tərəfindən yayımlanan sənədə istinadən məlumat verib.

Bundan əlavə, sənəddə Türkiyə məmurlarına qarşı viza sanksiyalarının yeridilməsi təklif olunur.

Təkliflər sırasında Türkiyənin enerji sektoruna qarşı sanksiyaların tətbiqi və Ankaranı Rusiyanın “S-400” raketləri almasına görə cəzalandırmaq da var.

Bütün sadalalanlardan savayı, senatorlar Türkiyəyə hərbi köməyin edilməsinə qadağa qoyulmasını da təklif edib.

 

 

Gununsesi.org