ABŞ strateji ehtiyatlardan daha 13,4 mln. barel neft çıxaracaq

  • By admin
  • 26 Yanvar 2022 17:20

ABŞ Energetika Nazirliyi öz strateji ehtiyatlarından daha 13,4 mln. barel neft çıxaracaq.
Bu barədə Gununsesi.info ABŞ-ın Energetika Nazirliyininin məlumatına istinadən xəbər verir.

Məlumata görə, qeyd olunan həcmlər yeddi şirkət arasında bölüşdürüləcək: “Shell” 4,2 mln. barel, “Trafigura” – 3 mln. barel, “Phillips 66 Company” – 2,3 mln. barel, “Macquarie Commodities Trading” – 2 mln. barel, “Chevron – 0,885 mln. barel, “ExxonMobil” – 0,515 mln. barel və “BP Products North Amerika” – 0,5 mln. barel.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden noyabrın 23-də dünyada neft və benzin qiymətlərinin yüksək olması səbəbindən ölkənin strateji ehtiyatlarıdan 50 mln. barel neftin çıxarılacağını açıqlayıb. İlk tədarüklər dekabrda baş tutub, qalanları isə aprel ayına kimi həyata keçiriləcək. Bildirilib ki, cıxarılan həcmlər 2022-2024-cü illərdə strateji ehtiyata qaytarılacaq.

 

Gununsesi.info