“Rusiyanın arzusu “sovet imperiyası”nı bərpa etməkdir” - LATVİYA PREZİDENTİ

  • By admin
  • 26 Yanvar 2022 17:18

Latviya prezidenti Egils Levits Rusiyanı keçmiş SSRİ-ni yenidən bərpa etməkdə suçlayıb.

Gununsesi.info xəbər verir ki, bununla bağlı “Delfi” portalında məlumat yayılıb.

“Rusiyanın 2008-ci ildə Gürcüstana müdaxiləsi və 2014-cü ildə bunun Ukraynada təkrarlanması rəsmi Moskvanın 1990-91-ci illərdə əzilən xalqların azadlıqlarını əldə etməsi nəticəsində çökən sovet imperiyasını yenidən bərpası ilə bağlı niyyətlərini göstərir. Rusiyanın siyasi düşüncəsi hələ də XIX əsr imperializmin kateqoriyalarında qalıb”,-deyə prezident bildirib.

Latviya lideri Rusiyanın “bütün xəyallarına rəğmən heç br halda tarixin çarxını yenidən geri çevirə bilməyəcəyini” vurğulayıb.

Bundan başqa, Egils Levits ABŞ-a açıq dəstəyinə görə minnətdarlıq edərək, “regionda təhlükəsizliyin məhkəmlənməsi üçün” Latviyaya daha çox qoşun göndərməyə” çağırıb.

 

 

Gununsesi.info